|
|
|
|

Yunanıstanın indiyə qədər qeydə alınan ən isti qışı yaşadığı açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan Meteorologiya İdarəsi Aİ tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatları əsasında təhlil aparıb.
Təhlillərə görə, 2023-2024-cü illərin qışı Yunanıstanda indiyə qədər qeydə alınan ən yüksək temperaturlu qış olub.
2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkə ərazisində havanın temperaturu mövsümi normadan yüksək olub.
Yunanıstanın son 10 ildə rekord həddə çatan ən isti 6 qışının yaşandığı vurğulanıb.
Qeyd edək ki, Yunanıstanda qış temperaturu 1960-cı ildən bəri 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.
Malik Atilay



