|
|
|
|

ABŞ-nin Kaliforniya ştatında maskalı silahlı şəxslərin bir evin bağçasında keçirilən şənliyə soxularaq atəş açması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, King Şəhər Polis İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 18:00 radələrində silahlı hücum xəbərinin daxil olduğu bildirilib.
Açıqlamada 3 maskalı cinayətkarın bir evin bağçasında keçirilən şənliyə basqın edərək camaata atəş açaraq 4 nəfəri öldürdüyü bildirilib.
Hücumda yaralanan 3 nəfərin xəstəxanaya aparıldığı, şəxsiyyəti məlum olmayan silahlıların avtomobilləri ilə hadisə yerindən qaçdığı vurğulanıb.
Qeyd edək ki, hücumla bağlı istintaq başladılıb.
Malik Atilay



