|
|
|
|

Almaniyanın Axen şəhərində bir xəstəxanada silahlı bir şəxsin bəzi insanları girov götürdüyü xəbəri alındıqdan sonra hadisə yerinə çox sayda polis qrupu göndərilib.
525.az xəbər verir ki, Axen şəhərindəki Luisen xəstəxanasında silahlı bir şəxsin bəzi insanları girov götürməsi xəbərini alan təhlükəsizlik qüvvələri hərəkətə keçib. Hadisə yerinə çox sayda polis və yanğınsöndürmə briqadası göndərilib.
Axen polisinin verdiyi açıqlamada: "Luisen xəstəxanasında polis və yanğınsöndürmə briqadası xidmətdədir. Hazırda mümkün təhlükənin əlamətləri var. Xəstəxananın ətrafı mühasirəyə alınıb. Polis insanlardan bu ərazidən uzaq durmasını xahiş edir", - deyə bildirilib.

Məhəmməd Tağıyev



