“Happy” mahnısını oynayan iranlı gənclərə ağır cəza verilib.
Lent.az-ın məlumatına görə, may ayında İranda “Happy” mahnısı oynayan 3 qız və 3 oğlana məhkəmə tərəfindən 91 qamçı vurma və 6 ay azadlıqdan məhrum cəzası verilib.
Həmin gənclərin adı çəkilən mahnının sədaları altındakı rəqsləri sosial şəbəkədə baxılma rekordları qırıb.
Video sosial şəbəkədə yayılandan sonra İran polisi araşdırma başladaraq həmin 6 gənci həbs edib.