|
|
|
|

Monteneqronun Nikşiç şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı episentrinin Niksiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.
Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.
Malik Atilay



