|
|
|
|

Fransa Senatı Ukrayna ilə imzalanan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.
525.az xəbər verir ki, Fransanın Ukrayna ilə fevralın 16-da imzaladığı əməkdaşlıq müqaviləsi Senatda səsverməyə çıxarılıb. Müqavilə 293 lehinə, 22 əleyhinə səsi ilə qəbul edilib.
Baş nazir Qabriel Attal səsvermədən əvvəl çıxış edərək: "Bizim üçün Ukraynaya arxa çevirmək öz dəyərlərimizə arxa çevirmək deməkdir", - deyib.
Məhəmməd Tağıyev



