|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyi 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.
525.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.
Açıqlamada 227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulduğu vurğulanaraq, bu şəxslərin arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin yer aldığı bildirilib.
Məhəmməd Tağıyev



