|
|
|
|

Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.
525.az xarici KİV-ə istinadən bildirir ki, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə xəbər verildikdən sonra qazıntı işləri aparılıb.
Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.
Sümüklər Ədliyyə Tibb Mərkəzinə aparılıb ki, şəxsiyyətin müəyyənləşdirilməsi işlərinə başlansın.
Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi qeyd edilib.
Malik Atilay



