|
|
|
|

Yaponiyanın Fukusima prefekturasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Yaponiyanın Fukusima əyalətinin İvaki şəhəri sahillərində 5,6 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
USGS zəlzələnin episentrinin İvakidən 23 kilometr şimal-şərqdə, təxminən 54 kilometr yerin altında olduğunu bildirib.
Zəlzələdə hələlik can və ya mal itkisi qeydə alınmayıb, sunami xəbərdarlığı edilməyib.
Malik Atilay



