|
|
|
|

Ukrayna təxribat qrupları Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə soxulmağa cəhd ediblər.
525.az xəbər verir ki, Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, qoşunlar Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığında Ukrayna təxribat-kəşfiyyat qruplarının hücumunu dəf edib.
Açıqlamada qeyd olunub ki, əməliyyatı Rosqvardiya qoşunları Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları ilə birgə həyata keçirib.
Kursk qubernatoru Roman Starovoyt sosial media hesabından verdiyi açıqlamada Ukrayna təxribat və kəşfiyyat qruplarının Tetkino qəsəbəsindəki hücumlarının Rusiya təhlükəsizlik qüvvələri tərəfindən dayandırıldığını bildirib.
Rusiya Müdafiə Nazirliyi də öz bəyanatında Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Spodaryuşino qəsəbəsinə hücumunun qarşısı alındığını açıqlayıb.
Açıqlamada: "Hava zərbələri və artilleriya atəşi nəticəsində təxminən 195 hərbi qulluqçu, 5 tank, 4 zirehli döyüş maşını, 3 UR-77 özüyeriyən minaatan reaktiv sistemləri və 3 hərbi tikinti maşını zərərsizləşdirilib", - deyə bildirilib.
Malik Atilay



