|
|
|
|

Əfqanıstanda son 25 gündə əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib.
525.az xəbər verir ki, Əfqanıstan Müvəqqəti Hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik jurnalistlərə açıqlamasında son 25 gündə güclü qar nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyini, 34 nəfərin isə yaralandığını bildirib. 1600-dən çox evin zərər gördüyünü deyən Saik, minlərlə heyvanın tələf olduğunu qeyd edib.
Digər tərəfdən, ölkənin mərkəzi və şimal bölgələrində, Bamyan, Ghor, Sar-e Pol, Nuristan kimi bir çox əyalətdə yollar nəqliyyata bağlanıb.
Qeyd edək ki, ötən il Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın insan həyatını itirmişdi.
Məhəmməd Tağıyev



