|
|
|
|

HƏMAS-ın Qəzza zolağında atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı təklifini vasitəçilərə təqdim etdiyi barədə bəyanatın gündəmdə olduğu bir vaxtda İsrailin Müharibə və Təhlükəsizlik Kabineti toplanıb.
525.az xəbər verir ki, mövzu ilə bağlı Baş Nazirlik Mətbuat İdarəsindən yazılı açıqlama verilib. Açıqlamada Baş nazir Benyamin Netanyahunun sədrliyi ilə Təl-Əvivdə Hərbi Nazirlər Kabinetinin iclasının keçirildiyi bildirilib.
İclasın gündəliyi və görüşün nəticəsi ilə bağlı məlumat verilməsə də, İsrail mətbuatı Kabinetin iclasının əsir mübadiləsi və müvəqqəti atəşkəs səylərinin gündəmdə olduğu bir dövrdə keçirildiyinə diqqət çəkib.
Qeyd edək ki, Baş Nazirliyin mətbuat idarəsindən verilən açıqlamada HƏMAS-ın son təklifindəki tələblərinin məntiqsiz olduğu irəli sürülüb.
Məhəmməd Tağıyev



