Çində 2023-cü ildə yeni evliliklərin sayı 2013-cü ildən bəri ilk dəfə olaraq artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Vətəndaşlıq İşləri Nazirliyinin məlumatına görə, ötən il ölkədə 7 milyon 680 min cütlük evlənib. Bununla da yeni evlənənlərin sayında 2022-ci ilə nisbətən 845 min artım olub.
Çində yeni evliliklərin sayı 2013-cü ildə 13 milyon 470 minlə ən yüksək həddə çatsa da, sonrakı 9 ildə azalıb.
Qeyd edək ki, ekspertləri hesab edir ki, artım COVID-19 epidemiyası dövründə təxirə salınan bir çox nikahların epidemiya tədbirlərinin ləğv edildiyi 2023-cü ildə bağlanması ilə bağlıdır və bu, ümumi azalma tendensiyasının dəyişdiyini göstərmir.
Malik Atilay