|
|
|
|

Fransada müxalifətdən olan millət vəkili Tomas Portez ölkəsinin İsrailin hücumlarının davam etdiyi Qəzzada soyqırımda şərik olduğunu bildirib.
525.az xəbər verir ki, İtaətsiz Fransa Partiyasının (LFI) üzvü Portez "X" platformasında Fransa əsilli İsrail əsgərinin fələstinli məhbusu təhqir etdiyi şəklini paylaşaraq reaksiya verib.
Protez: "Fransa nə vaxta qədər Fələstin xalqını məhv etmək üçün İsrail ordusunun cinayətkarları ilə birgə çalışan Fransa əsilli israillilərə göz yumacaq? Fransa Qəzzadakı soyqırımın şərikidir", - deyib.
Məhəmməd Tağıyev



