|
|
|
|

Haitidə dəstələr arasında baş verən qarşıdurmada 10 nəfər həyatını itirib.
525.az xəbər verir ki, paytaxt Port-au-Prinsin cənubundakı Petionville məhəlləsində iki dəstə arasında qarşıdurma baş verib. Hadisədə hər iki tərəfdən 10 dəstə üzvü həyatını itirib.
Haiti polisinin sözçüsü tərəfindən verilən açıqlamada təhlükəsizlik qüvvələrinin hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, 8-14 mart tarixləri arasında paytaxtda 16 min 947 insan dəstələrin törətdiyi zorakılıqlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Məhəmməd Tağıyev



