|
|
|
|

Slovakiyada şəhərə girən ayı küçədə iki nəfəri yaralayıb.
525.az xəbər verir ki, Slovakiyanın Liptovski Mikulas şəhərinə enən ayı ətrafdakı insanlara hücum edib. Hadisə zamanı 49 yaşlı qadın çiynindən, 72 yaşlı kişi isə başından yaralanıb. Xəbərdarlıq üzərinə hərəkətə keçən qruplar ayını yenidən meşəyə buraxıblar.
Slovakiyanın Ətraf Mühit Nazirliyi, Rumıniya ilə birlikdə ayıların nəsli kəsilmək təhlükəsinin olmaması səbəbilə ov üçün qorunan növlər siyahısından çıxarılması təklifini növbəti Avropa İttifaqının (Aİ) Ətraf Mühit Nazirləri Şurasına təqdim edəcəyini açıqlayıb.
Məhəmməd Tağıyev



