Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi raket hücumu nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Oliksey Kuleba məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində azı 3 nəfər itkin düşüb. Qeyd olunub ki, həmçinin mülki evlərə də ziyan dəyib.
Xatırladaq ki, ötən gecə Ukraynanın regionlarına - Odessa, İvano-Frankivsk, Lvov, Dnepropetrovsk, Xarkov, Zaporijjya, Kirovohrad, Xmelnitski, Vinnitsa və Sumi vilayətlərinə 150-dən çox raket atılıb. Ölkənin bəzi yerlərində elektrik enerjisi kəsilib.