Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təşəbbüsü Avropa İttifaqı (Aİ) ölkələrini Kiyevə hərbi yardımı artırmağa sövq edib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Onun sözlərinə görə, Avropa Sülh Fondundakı 5 milyard avro indi əsasən Ukraynanın silahlandırılması üçün istifadə olunur.