Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri ən azı 364 tibb işçisi ölüb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Qəzza zolağında müharibə başlayandan indiyədək 364 tibb işçisi, o cümlədən həkimlər, tibb bacıları və feldşerlər İsrail ordusu tərəfindən öldürülüb”, - məlumatda deyilir.