|
|
|
|

Fələstinlilər ABŞ-nin Qəzza zolağına dəniz yolu ilə yardım çatdırmaq üçün Qəzza şəhəri sahilində inşa etdiyi körpünü "işğal limanı" adlandırır.
525.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden martın 7-də ordusuna Qəzzaya yardımın daxil olması üçün sahildə müvəqqəti liman tikməyi tapşırdığını elan edib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-nin Qəzza sahillərinə humanitar yardım çatdırmaq üçün qurmağı planlaşdırdığı müvəqqəti limanın tikintisinin 60 günə qədər çəkə biləcəyini və daha sonra Qəzzaya gündə 2 milyon yemək veriləcəyini açıqlayıb.

Məhəmməd Tağıyev



