ABŞ-nin İllinoys ştatında bıçaqlı hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İllinoys ştatında cinayətkar əvvəlcə avtomobilini camaatın üstünə sürüb, sonra isə bıçaqlı hücum həyata keçirib.
Hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.
Qeyd edək ki, hücumla bağlı araşdırmalara başlanılıb.
Malik Atilay