Qazaxıstanın Aktobe bölgəsində baş verən qatar qəzasında 8 vaqon relsdən çıxıb.
525.az xəbər verir ki, Qazaxıstanın qərbindəki Aktobe bölgəsində Şalkar-Jhem dəmir yolu xəttində 58 vaqondan ibarət yük qatarı relsdən çıxıb.
Qazaxıstan Dəmiryolu Şirkətindən verilən yazılı açıqlamada 8 vaqonun relsdən çıxdığı bildirilib. Qəzada ölən və ya xəsarət alan olmasa da, hadisə yerində təmir işlərinin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya qurulub.
Məhəmməd Tağıyev