|
|
|
|

Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırkı nəticələrə əsasən, böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası irəlidədir.
Ölkə üzrə lider 37,71% səslə Cümhuriyyət Xalq Partiyasıdır (CHP). Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.
İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası seçkilərin yekun nəticələrini bu gün elan edəcəyini açıqlayıb.



