|
|
|
|

ABŞ-nin İndianapolis şəhərində ticarət mərkəzi qarşısında silahlı hücum nəticəsində yaşları 12-17 arasında olan 7 uşaq yaralanıb.
525.az xəbər verir ki, İndianapolis şəhərində baş verən hadisə ilə bağlı açıqlama verən ştat polis rəisinin müavini Tanya Terri ərazidə patrul xidməti həyata keçirən polis qruplarının dünən gecə yerli vaxtla saat 23:30 radələrində "Circle Center Mall" adlanan ticarət mərkəzinin yaxınlığında silah səsləri eşitdiyini bildirib.
Polis məmurlarının hadisə yerində bir qrup gənc gördüyü və 7 uşağın atəş nəticəsində yaralandığını müəyyən etdiyi məlumatını paylaşan Terri, mətbuata açıqlamasında yaralı uşaqların xəstəxanaya aparıldığını qeyd edib.
Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, polis hələ də şübhəlilərin kimliyini müəyyən edə bilməyib.
Məhəmməd Tağıyev



