|
|
|
|

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Dəməşq ətrafına zərbələr endirib, nəticədə iki nəfər ölüb.
525.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Mənbə, atışmaların Qolan təpələrindən həyata keçirildiyini, Suriyanın hava hücumundan müdafiə sistemlərinin basqının dəf edilməsində iştirak etdiyini vurğulayır. Bildirilib ki, hücum nəticəsində iki mülki şəxs yaralanıb, maddi ziyan dəyib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Qəzzada İslami Cihadın qərargahına hücum etdiyini açıqlamışdı. Agentliyin məlumatına görə, zərbə İsrail hərbçilərinin məlumatına görə, Fələstin təşkilatının qərargahının yerləşdiyi Deyr əl-Bələh bölgəsindəki Əl-Əqsa xəstəxanasının ərazisinə endirilib.
Havar Şəfiyeva



