Rusiyaya bağlı Tatarıstan Respublikasının Yelabuqa və Nijnekamsk şəhərlərindəki sənaye obyektlərinə üç ayrı pilotsuz təyyarə hücumu həyata keçirilib.
525.az xəbər verir ki, Tatarıstanda üç ayrı pilotsuz təyyarə hücumu həyata keçirilib. Yelabuqa və Nijnekamsk şəhərlərindəki sənaye obyektlərinə edilən hücumlarda çox sayda adam yaralanıb. Tatarıstan rəhbərliyindən verilən açıqlamada hücumların ciddi ziyana səbəb olmadığı və sənaye obyektlərinin işinin dayanmadığı bildirilib.
Qeyd edək ki, Rusiyanın rəsmi xəbər agentliyi "TASS" hücumlarda 6 nəfərin yaralandığını açıqlasa da, hücumların kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.
Məhəmməd Tağıyev