Polşada saatda 100 kilometri keçən külək nəticəsində ağacların aşması 5 nəfərin ölümünə səbəb olub.
525.az xəbər verir ki, ötən gün Zakopane və Rabka-Zdroj şəhərlərində güclü külək nəticəsində 3 ayrı qəza baş verib. Yanğınsöndürmə rəsmiləri Rabka-Zdroj şəhərində ağacların aşması nəticəsində 2 qadın və 1 uşağın öldüyünü bildirib. Zakopane şəhərində isə bir qadın və bir uşaq ağacın avtomobillərinin üzərinə düşməsi nəticəsində həyatını itirib.
Qeyd edək ki, səlahiyyətlilər əhalini güclü küləyə qarşı xəbərdar edib və Tatra Milli Parkının dağ yollarını nəqliyyatın hərəkəti üçün bağlayıb.
Məhəmməd Tağıyev