Norveç hökuməti silah altındakı əsgərlərin sayını artıracağını açıqlayıb.
525.az xəbər verir ki, Norveçin müdafiə naziri Byorn Arild Qram açıqlamasında daha çox peşəkar ordu təcrübəsi olan insanlara ehtiyac olduğunu bildirib.
Hərbi xidmətə giriş səviyyəsinin hər il tədricən artacağını ifadə edən Qram, paytaxt Oslonun şimalında yerləşən Terningmoen şəhərindəki ordu obyektinə yüz milyonlarla dollar sərmayə qoyacaqlarını bildirib.
Qeyd edək ki, Qram: "Doğru zamanda lazımi bacarıqlara malik kifayət qədər insanımız olmalıdır", - deyib.
Məhəmməd Tağıyev