Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda İrəvana səfər edəcək.
525.az "Report” -a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Rəsmi səfərin təfərrüatları Ermənistan-Qazaxıstan hökumətlərarası komissiyasının bu gün İrəvanda keçirilən iclasında müzakirə olunub.
Qazaxıstan lideri yaxın günlərdə keçiriləcək ikitərəfli biznes forumunda iştirak edəcək.