|
|
|
|
Böyük Britaniyada Fələstin tərəfdarları İsrailə hərbi texnika satan şirkətə məxsus silah fabrikinin damını və pəncərələrini balyozla sındırıb.
525.az xəbər verir ki, Britaniyada İsraillə iş aparan şirkətlərə qarşı aksiyalar təşkil edən "Falestine Action" qrupunun fəalları ABŞ-nin "Teledyne Defence and Space" şirkətinin Qərbi Yorkşirdəki obyektinin damına çıxıblar.
Qrup aksiya zamanı "Bu aclıq üçün", "Bu soyqırım üçün", "Bu bombalanan məscidlər və kilsələr üçün" şüarları səsləndirib.
Qeyd edək ki, fabrikin damına toplaşan fəallar daha sonra Fələstin bayrağı açıb.
Məhəmməd Tağıyev