Hindistanın Qərbi Benqal əyalətində güclü qasırğa və tornado nəticəsində 5 nəfər ölüb, 100 nəfər yaralanıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Jalpaiquri bölgəsində dünən güclü tufan, tornado və dolu təsirini göstərib.
Fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.
Qərbi Benqaliyanın senatoru Mamata Banerji verdiyi açıqlamada qasırğa nəticəsində 5 nəfərin öldüyünü, ən azı 100 nəfərin yaralandığını bildirib.
Xilasetmə işlərini həyata keçirmək və kömək göstərmək üçün bölgəyə polis, rayon rəhbərliyi, fəlakət idarəsi və çevik dəstək qruplarının göndərildiyini bildirən Banerji, fəlakətdən zərər çəkənlərin təhlükəsiz yerlərə göndərildiyini vurğulayıb.
Hindistanın Baş naziri Narendra Modi həyatını itirənlərin yaxınlarına başsağlığı verib və təbii fəlakətdən zərər çəkənlərə lazımi yardımın göstərilməsi üçün hakimiyyət orqanlarına göstəriş verib.
Malik Atilay