Yaponiyanın şimal-şərqindəki Kuji şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5,9 bal gücündə zəlzələnin episentri Kuji şəhərindən 7 kilometr cənub-qərbdə olub.
İlkin məlumatlara görə, yerin 72,9 kilometr dərinliyində baş verən zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Malik Atilay