|
|
|
|
İsveçrədə Alp dağlarında qar uçqunu nəticəsində 3 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Alp dağlarında, Zermatt əyalətinin Riffelberq şəhərində qar uçqunu baş verib.
Polis yerli vaxtla saat 14:00 radələrində baş verən qar uçqunu nəticəsində 3 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, nə qədər insanın uçqun altında qaldığı hələ məlum olmasa da, axtarış-xilasetmə işləri davam edir.
Malik Atilay