Bruklində kilsədə Pasxa mərasimi zamanı yanğın baş verib, yanğın zamanı yüngül xəsarət alan 5 nəfərə tibbi yardım göstərilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində kilsədə Pasxa mərasimi zamanı baş verən yanğında üç yanğınsöndürən də daxil olmaqla azı 5 nəfər xəsarət alıb.
Hadisə Bruklindəki "Our Lady of Rosary Pompeii" kilsəsində baş verib. Yanğın zamanı kilsədə 170 nəfərin olduğu təxmin edilir.
Kilsə keşişi Romulo Marin ayin zamanı dua edənlərin arasından qara tüstü çıxdığını gördüyünü bildirib.
Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) paylaşdığı görüntülərdə kilsənin pəncərələrindən qara tüstü çıxdığı və alovların kilsənin damına çatdığı görülüb.
Malik Atilay