ABŞ-nin keçmiş prezidenti Donald Tramp ittiham olunduğu dələduzluqla bağlı 175 milyon dollar girov qoyub.
525.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Tramp istiqrazı "Knight Specialty" sığorta şirkəti vasitəsilə təmin edib. Məhkəmə siyasətçinin təqsirli olmaması ilə bağlı şikayətinə baxması üçün girov tələb edilib.
Qeyd edək ki, fevralın ortalarında məhkəmə keçmiş prezident Trampı aktivlərini saxtakarlıq yolu ilə qiymətləndirməkdə təqsirli bilib və onu 355 milyon dollar cərimələyib.
Havar Şəfiyeva