|
|
|
|

Koreya Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) Şimali Koreyaya qarşı sanksiyalarını pozan fəaliyyətlərdə şübhəli bilinən gəmini ələ keçirib.
525.az xəbər verir ki, Cənubi Koreya rəsmiləri Şimali Koreyadan yola düşən və Rusiyaya doğru hərəkət edən "DEYI" adlı yük gəmisini ölkənin cənub sahillərindən keçərkən dayanmağa çağırıb. Belə ki, gəmidəki insanlar çağırışı rədd edərək yoluna davam etdikdə Cənubi Koreya Sahil Mühafizəsi səlahiyyətliləri hərəkətə keçərək Yeosu şəhəri sahillərində gəmini ələ keçirib.
Qeyd edək ki, səlahiyyətlilər Pusan limanına gətirilən gəmidə Çin və İndoneziya vətəndaşlarının da yer aldığı 13 nəfərlik ekipajın olduğunu açıqlayıb.
Məhəmməd Tağıyev



