|
|
|
|

Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufanlar nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
525.az xəbər verir ki, Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana mənfi təsir edib. Belə ki, əyalətin paytaxtı Nançang şəhərində bir binanın damı tufan nəticəsində uçub, 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.
Nançanqda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb.
Məhəmməd Tağıyev



