|
|
|
|

İsrail Müdafiə Qüvvələri Qəzzaya "World Central Kitchen" xeyriyyə təşkilatının yeddi əməkdaşının ölümü ilə nəticələnən zərbəni səhv adlandırıb.
525.az xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.
İsrail Silahlı Qüvvələri Baş Qərargah rəisinə ilkin hesabat təqdim edib.
Qeyd olunur ki, zərbə humanitar işçilərə zərər vermək məqsədi ilə həyata keçirilməyib.
Havar Şəfiyeva



