|
|
|
|

Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 97-yə çatıb.
525.az xəbər verir ki, bu barədə “China Times” qəzeti fövqəladə hallar xidmətinə istinadən yazır.
Bundan əvvəl bir nəfərin öldüyü və 50-dən çox yaralının olduğu bildirilib.
Xatırladaq ki, aprelin 3-də səhər Tayvan yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ baş verib. Daha sonra 6,6 bal gücündə zəlzələ və 5,4 bal gücündə dörd zəlzələ qeydə alınıb.
Havar Şəfiyeva



