|
|
|
|

Fransalı cütlük onlarla heyvanı pis şəraitdə saxladığına görə bir il şərti həbs cəzasına məhkum edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nitsadan olan cütlüyün 80 kvadratmetrlik mənzillərində 159 pişik və yeddi it saxlayıb.
Keçən il məlum olub ki, heyvanlar çirkab içində yaşayır, çoxları susuzdur, qida çatışmazlığından əziyyət çəkir və ya parazitlərə yoluxub.
Hakim cütlüyün heyvanlara düzgün qulluq etmədiyini bildirib.
68 yaşlı qadın və 52 yaşlı kişi cütlüyə də ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.
Onlar həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.
Qeyd edək ki, pişik və itlərdən bəziləri səhhətləri pis olduğundan sonradan ölüblər.
Malik Atilay



