|
|
|
|

Manila və Tokio Yapon qoşunlarının Filippində yerləşdirilməsi məsələsini müzakirə edir.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Filippinin ABŞ-dəkı səfiri Xose Manuel Romualdez deyib.
Onun sözlərinə görə, ölkələr qoşunların rotasiya əsasında yerləşdirilməsini müzakirə ediblər. O əlavə edib ki, hökumətlər saziş imzalamağa yaxındırlar.
Bundan əvvəl məlum olub ki, Filippin Cənubi Çin dənizindəki mübahisəli adalarda hərbi personal yerləşdirmək üçün infrastruktur hazırlayacaq.
Havar Şəfiyeva



