|
|
|
|

İtaliya xarici işlər naziri Antonio Tayani telefonla danışdığı Fələstinin Baş naziri Məhəmməd Mustafanı Romaya dəvət edib.
525.az xəbər verir ki, Tayani "X" platformasındakı paylaşımında Fələstinin yeni Baş naziri Məhəmməd Mustafa ilə görüşdüyünü bildirərək: "Mən Mustafaya İtaliya hökumətinin Fələstin rəhbərliyinə iki dövlət həllinə dəstəyini təsdiqlədim. İtaliya girovların azad edilməsinə və humanitar yardımın göstərilməsinə imkan verəcək atəşkəsə sadiqdir", - deyib.
Tayaninin Qəzzada sülh üçün nələr edilə biləcəyini telefonla deyil, üz-üzə danışmaq üçün Mustafanı Romaya dəvət etdiyi qeyd edilib.
Məhəmməd Tağıyev



