|
|
|
|

Cənubi Afrika Respublikası parlamentinin sədri Nosivive Mapisa-Nqakula ona qarşı korrupsiya ittihamları irəli sürüldükdən sonra istefa verdiyini açıqlayıb.
525.az xəbər verir ki, Mapisa-Nqakula parlamentə göndərdiyi məktubunda istefasının ona qarşı irəli sürülən ittihamların göstəricisi olmadığını bildirərək: "Mən bu qərarı Cənubi Afrika xalqını təmsil edən hökumət sistemimizin ən yüksək qurumu olan parlamentimizin bütövlüyünü və müqəddəsliyini qorumaq üçün verdim", - deyib.
Korrupsiya ittihamlarından təmizlənəcəyini bildirən Mapisa-Nqakula, günahsızlığını qoruduğunu və reputasiyasını bərpa etməkdə qərarlı olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev



