|
|
|
|

Seneqalda 30 nəfərdən ibarət yeni hökumət qurulub.
525.az xəbər verir ki, baş nazir Ousmane Sonko 25 nazir və 5 dövlət naziri də daxil olmaqla yeni hökumətin formalaşdığını açıqlayıb.
Belə ki, müxalifət lideri Ousmane Sonko verilən cəzaya görə seçilmək hüququnu itirdikdən sonra onun yerinə sağ əli Diomaye Fayenin prezident seçkilərində iştirakına qərar verilmişdi.
Lakin seçki prosesi başlayan zaman saxlanılan Faye və Sonko seçkiyə 10 gün qalmış siyasi ümumi amnistiyadan istifadə edərək martın 14-də sərbəst buraxılmışdı.

Məhəmməd Tağıyev



