|
|
|
|

Ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Kitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.
525.az xəbər verir ki, polis Meksikanın Kitodakı səfirliyinə daxil olub və Meksika hökumətinin ona siyasi sığınacaq verəcəyini elan etdiyi Qlası saxlayıb.
Meksikanın Kitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə Ekvador polisinin zorla səfirliyə daxil olduğunu və əməkdaşlarına hücum etdiyini bildirib.
Qeyd edək ki, Qlas 2017-ci il oktyabrın 3-də ona qarşı aparılan rüşvət istintaqı çərçivəsində həbs edilmişdi.
Məhəmməd Tağıyev



