|
|
|
|

Yəməndə İranın dəstəklədiyi husilər Böyük Britaniya və İsrailə məxsus 3 gəminin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında vurulduğunu açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri "Əl-Mesirah" televiziyasında yayımlanan çıxışında, bir ingilis gəmisinin Qırmızı dənizdə raketlərlə hədəf alındığını və gəminin tam zərbə ilə vurulduğunu bildirib.
Fələstin limanlarına gedən 2 İsrail gəmisinin də vurulduğunu qeyd edən Seri, ilk gəminin (MSC GRACEF) Hind okeanında, digərinin (MSC GINA) Oman dənizində ballistik raketlərlə hədəf alındığı barədə məlumat verib.
Seri Qəzzaya hücumlar dayanana qədər İsrail gəmilərinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanından keçməsinə mane olacaqlarını bir daha vurğulayıb.
Qeyd edək ki, husilərin açıqlamalarına İsraildən hələlik heç bir cavab verilməyib.
Malik Atilay



