|
|
|
|

Aprelin 5-də Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda ölənlərin sayı 25-ə yüksəlib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Omala Regional sədri David Akpa yerli mətbuata verdiyi açıqlamada aprelin 5-də naməlum silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda 2 uşaq və 4 qadının cəsədinin tapıldığını bildirib.
İndiyədək 25 nəfərin öldüyünü vurğulayan Akpa, hücumda çoxlu sayda insanın yaralandığını söyləyib.
“Günahsız və zərərsiz icma sakinlərinin qondarma muzdlu milislər tərəfindən öldürülməsi çox sərt və qəbuledilməzdir”, - deyə Akpa bildirib.
Qeyd edək ki, Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
Malik Atilay



