|
|
|
|

Vaşinqtonun döyüşlərdə iştirak etmək üçün Qəzzaya ABŞ qoşunları göndərmək planı yoxdur.
525.az xəbər verir ki, bunu "ABC News"ə müsahibəsində Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Amerika qoşunlarının Qəzza zolağında müharibədə iştirakına icazə verməyəcəyik. Bizim edəcəyimiz şey, İsrailin özünü müdafiə etmək üçün lazım olan alətlərə və imkanlara malik olmasını təmin etməkdir. Üstəlik ABŞ Prezidenti Co Bayden bunu açıq şəkildə bildirib”, - deyə Kirbi bildirib.
O qeyd edib ki, ABŞ İsrail üçün dost olaraq qalır.
Havar Şəfiyeva



