|
|
|
|

Qərbi Qazaxıstan vilayətində Ural çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar insanların erkən evakuasiyasının ikinci mərhələsi başlayır.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Nurlan Baybazarov danışıb.
O, bildirib ki, çayda suyun səviyyəsi 703 sm-ə çatıb və artmaqda davam edir. Bu səbəbdən də çayın məcradan çıxması təhlükəsi yarandığından evlərdə və bağ evlərində yaşayan əhali köçürüləcək.
Aprelin 8-i günortadan sonra Rusiya Fövqəladə Hallar Nazirliyi Orenburq vilayətinin İlek rayonunda Ural çayında suyun səviyyəsinin 890 sm-lik təhlükəli həddi keçdiyini bildirib.



