|
|
|
|

Almaniyanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) işi başladığı gün Almaniya Bundestaqının qarşısında Fələstinə dəstək nümayişi keçirilib.
525.az xəbər verir ki, Almaniya Bundestaqının qarşısında toplaşan qrup Almaniyanın İsrailin Qəzzada soyqırımını dəstəklədiyi səbəbilə BƏM-də mühakimə olunduğuna diqqət çəkmək və silah tədarükünə etiraz etmək üçün nümayiş keçirib.
Belə ki, nümayiş zamanı Qəzzada insanların ehtiyac duyduğu əşyalar, raket maketləri və güllələr sərgilənib.
Nümayiş iştirakçılarından Jara Nassar Almaniyanın soyqırıma yardım etdiyinə görə BƏM-də mühakimə olunduğu gün toplaşdıqlarını bildirib.
Məhəmməd Tağıyev



